AZ | RU | EN
Avita Azərbaycan Karyera Məhsullarımız Partnyorlarımız
Karyera

"Avita" -nın kadr siyasəti: keyfiyyətli xidmət ancaq keyfiyyətli kadrlarla və keyfiyyətli iş şəraitində mümkündür prinsipinə əsaslanır.

Professional kadrların yetişdirilməsi xüsusi diqqət mərkəzindədir. Bu proses işçilərin işə qəbul olunması zamanı onların seçilməsindən başlayaraq tam professionallıq səviyyəsinə inkişaf edənə qədər davam edir. Bu məqsədlə şirkətdə davamlı və mütəmadi təlimlər keçirilir. Təlimlər həm "Avita", həm də kənardan dəvət olunmuş professional təlim şirkətlərinin mütəxəssisləri tərəfindən aparılır. Təlimlər əczaçılığın əsasları, əczaçılıq marketinqi, faydalı ünsiyyət və s. kimi mövzuları əhatə edir.

"Avita" şirkəti işçilərin mütəxəssis kimi inkişaf etdirilməsi ilə yanaşı, gənc kollektivin mədəni, aktiv istirahətlərinin təşkil olunmasında və asudə vaxtlarının səmərəli dəyərləndirməsində iştirak edir. Müəyyən idman tədbirlərinin, tarixi və mədəniyyət abidələrinə ekskursiyaların, teatr və konsertlərə birgə ziyarətlərin təşkili buna xidmət edir.

Bu gün "Avita" sadəcə işçilərin iş yeri deyil, "Sağlam həyat naminə" devizi altında birləşmiş mehriban bir kollektivdir.

Cv göndər

Vakansiyalar

Xəbərlər
Xəbər Arxivi
Milli və Beynəlxalq Konfransların Anonsu
Copyright © 2012. AVITA! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır