"Avita"-nın Azərbaycan ofisi Bakı şəhərində yerləşir. 2005-ci ildə 8 nəfərlik kiçik bir kollektivlə Bakıda işə başlayan "Avita" bu gün çoxsaylı kollektivi ilə Azərbaycanın bütün ərazisində fəaliyyət göstərir.
Şirkətin daxilində tibbi araşdırmalar, xarici əlaqələr, bazarlama, analitik araşdırmalar kimi bölmələr formalaşmışdır.
"Avita" çalışdığı sektorda ən dinamik inkişaf edən şirkətlərdən biridir.
"Avita" Azərbaycan dərman seçiminə çox diqqətlidir: aparıcı mütəxəssislərin fikri və istehsal prosesinin keyfiyyəti ön plandadır. Şirkətin xarici partnyorları şirkət mütəxəssislərinin professionallıq səviyyəsinin artırılmasında yaxından iştirak edirlər. Tez-tez təşkil olunan görüşlər Azərbaycanın daha yaxından tanınmasına, partnyorlarla bizneslə başlayan əlaqələrin dostluq əlaqələrinə doğru inkişafına kömək edir.
"Avita" ölkə daxilində keçirilən elmi-praktik konfransların və digər tədbirlərin fəal iştirakçılarından biri kimi tanınır. |