"Avita" bir neçə ölkədə əczaçılıq sektorunda fəaliyyət göstərən şirkətlər qrupudur.
"Avita" şirkətlər qrupunun əsas fəaliyyəti:
- Çalışdığı ölkələrin tələbatı üçün maraqlı ola biləcək dərman preparatlarının seçilməsi, qeydiyyata alınması və ölkəyə gətirilməsi; - Bu preparatlar haqda məlumatların davamlı və məqsədyönlü olaraq həkim auditoriyasına və əhaliyə çatdırılması; - Preparatların yerli topdan satış və pərakəndə satış şəbəkəsində paylanmasını təmin etməkdir.
"Avita" şirkətlər qrupunun məqsədi: insanların sağlam yaşamasında faydalı olmaqdır. Biz bunun nə qədər məsuliyyətli iş olduğunu anlayırıq. Daha professional olmaq, durmadan inkişaf etmək və "Sağlam həyat naminə" çalışmaq avitaçıları bir kollektivə toplayan əsas məramdır. |